Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur

26 Oktyabr 2020 16:45 (UTC+04:00)

Xocalı rayonunun Çanaqçı kəndinin (keçmiş Əsgəran rayonunun Avetaranots) guya Azərbaycan Ordusu tərəfindən atəşə tutması barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.

Müdafiə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, qoşunlarımız bütün cəbhə boyu yeni humanitar atəşkəs rejiminə əməl edir.