Türkiyədə koronavirusla bağlı son vəziyyət

26 Oktyabr 2020 21:46 (UTC+04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan 75 nəfər dünyasını dəyişib, 2198 nəfər isə virusa yoluxub.

AzNews.az xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 9874-ə, yoluxanların sayı isə 363 999-a çatıb. Ağır xəstələrin sayı 1780 nəfər təşkil edir.

Ümumilikdə 13 milyondan çox (13,350,801) insan test olunub.