Muslera 4 xal aldı, Suarez matçın ulduzu oldu - Video

6 İyun 2013 07:50 (UTC+04:00)
DÇ-2014 üçün hazırlıqlarını davam etdirən Uruqvay seçməsi doğma meydanında Fransanı qonaq edib. Fransızların 12, 39 və 40-cı dəqiqələrdə həyata keçirilən təhlükəli hücumlar və cərimə zərbəsiylə hesabı açmaq şansları olsa da Muslera möhtəşəm reaksiyalarla qola imkan verməyib.

50-ci dəqiqədə Uruqvayın forvardı Luiz Suarez hesabı açmağa nail olub. Matçdan sonra goal.com-un dəyərləndirməsində bu amillər diqqətdən qaçmayıb. F. Muslera 4 xal alarkən, Suarez matçın ulduzu olmağı bacarıb.

Görüşün video icmalını sizə təqdim edirik.



Elvin CanTuran
AzNews.az