Azərbaycan “Avroviziya-2021” yarışmasına qatılacaq

26 Oktyabr 2020 22:48 (UTC+04:00)

41 ölkə “Avroviziya-2021” beynəlxalq mahnı yarışmasında iştirakını təsdiqləyib.

AzNews.az-ın “RİA Novosti”yə istinadla məlumatına görə, müsabiqədə iştirakını təsdiq edən ölkələr arasında Rusiya, Avstraliya, Avstriya, Norveç, Ukrayna, Böyük Britaniya, Azərbaycan və Ermənistan da var.

“Avroviziya-2021” yarışmasının finalı gələn ilin may ayının 22-də keçiriləcək.