ABŞ-da 60 milyondan çox insan vaxtından əvvəl səs verdi

26 Oktyabr 2020 23:39 (UTC+04:00)

Noyabr ayında ABŞ-da keçirilən ümumi seçkilərdə 60 milyondan çox ölkə vətəndaşı vaxtından əvvəl səs verib.

AzNews.az xəbər verir ki, müvafiq hesablamalar United States Elections Project layihəsində dərc edilib.

Məlumata əsasən, ümumilikdə ABŞ-da 60 082 857 nəfər artıq vaxtından əvvəl səs verib. Bunlardan 40,1 milyondan çoxu poçtla, 19,9 milyonu isə şəxsən.

Səs verənlərin təqribən 48,9% -i Demokratik Partiyanın tərəfdaşları, 28% -i Respublikaçılardır.