Abbas İraqçı Azərbaycana gəlir

27 Oktyabr 2020 13:15 (UTC+04:00)

İran xarici işlər nazirinin müavini Abbas İraqçı Azərbaycana səfər edəcək.

Məlumata görə, bunu Abbas İraqçının özü İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətində jurnalistlərə açıqlamasında deyib.

A.İraqçının sözlərinə görə, sərhəd bölgələr, xüsusilə Xudafərin körpüsü və Mil-Muğan su bəndi ilə yaxından tanış olacaq.

Nazir müavini əlavə edib ki, iki ölkə sərhədlərində və su bəndlərində təhlükəsizliyin təmin olunması əsas məqsədlərdəndir. (Trend)

AzNews.az