“Dramın devalvasiyası qaçılmazdır”

27 Oktyabr 2020 19:11 (UTC+04:00)

“Ermənistan dramının devalvasiyası qaçılmazdır”.

AzNews.az-ın verdiyi xəbərə görə, bunu İqtisadi İslahatların Təhlili Mərkəzinin sədri Vüsal Qasımlı keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, sadəcə əhalinin alıcılıq qabiliyyəti olmadığı üçün dram hazırda sürətli aşağı düşmür: “Azərbaycan manatının kursuna isə təhdid yaradan hər hansı səbəb yoxdur”.