Ermənistan Səhiyyə Nazirliyi qan axtarır

27 Oktyabr 2020 20:08 (UTC+04:00)

Məlum olduğu kimi, artıq 1 aydır Qarabağda gedən hərbi əməliyyatlarda Azərbaycana məğlub olan işğalçı Ermənistan hökuməti çarəsiz vəziyyətdə qalıb. Döyüşlərə göndərməyə adam tapmayan rəhbərlik hətta yaralanan hərbçiləri sağaldıb yenidən cəbhəyə göndərir.

AzNews.az-ın “Sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, Səhiyyə Nazirliyi bu gün yaralı hərbçilərlə bağlı əhaliyə müraciət edib. Qeyd edilib ki, yardım göstərmək üçün bütün qan qruplarından əlavə nümunələrin götürülməsinə ehtiyac var.

“Hər birimiz lazımi qan təchizatı ilə qələbəyə töhfə verə bilərik. Qan vermək üçün Hematoloji Mərkəzə müraciət etməlisiniz. Bunun üçün pasportunuz yanınızda olmalıdır”.