Lavrov koronavirusa görə özünü təcrid etdi

27 Oktyabr 2020 20:35 (UTC+04:00)

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov koronavirusa yoluxmuş şəxslə ünsiyyətdə olduğu üçün özünü təcrid edib.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in informasiya və mətbuat departamenti məlumat verib.

Bildirilir ki, Lavrov özünü yaxşı hiss edir. Onun planlaşdırılmış görüşləri və səfərləri təxirə salınıb.