“Yaralılardan 4-ü uşaqdır, 2 yaşlı qız da həlak olub”

27 Oktyabr 2020 20:49 (UTC+04:00)

Bərdəyə atılan raket nəticəsində 14 nəfər yaralanıb.

AzNews.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

Dövlət rəsmisi bildirib ki, yaralılardan 4-ü uşaqdır. Onlar 9, 14, 15 yaş civarındadırlar. Hikmət Hacıyev onu da bildirib ki, erməni terroru nəticəsində 2 yaşlı qız da həlak olub.