Putinlə Ərdoğan Qarabağdan danışdı

27 Oktyabr 2020 23:34 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

AzNews.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında hadisələrin gedişatını da müzakirə ediblər.