Paşinyan əmrə tabe olmayan hərbçiləri hədələdi

27 Oktyabr 2020 23:46 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə ordudakı nizam-intizamsızlığı etiraf etməli olub.

AzNews.az xəbər verir ki, “Facebook” səhifəsində canlı yayıma çıxan Paşinyan hərbi əməliyyatlar zamanı komandirlərin əmrlərini yerinə yetirməyən hərbçilərin sərt cəzalandırılacağını deyib:

“Hərbi vəziyyət şəraitində komandirlərin əmrlərinin sözsüz yerinə yetirilməsi məntiqi işləməlidir. Əmrə tabe olmayanlar sərt şəkildə cəzalandırılmalı, məsuliyyətə cəlb olunmalı və ictimaiyyət qarşısında cəzalandırılmalıdır. Heç nə onlara bəraət qazandıra bilməz”.

Paşinyan əlavə edib ki, onun dünənki çıxışı mübahisələrə səbəb olsa da, qəribə görünməməlidir.