Tanınmış bloqqer Azərbaycandan video hazırladı

28 Oktyabr 2020 12:00 (UTC+04:00)

Məşhur türk bloqqer Ruhi Çenet Azərbaycana gəlib.

AzNews.az xəbər verir ki, sosial şəbəkə fenomeni ilk olaraq Ermənistanın terror törətdiyi Gəncə şəhərinə gedərək həmin gecə zərər çəkən ailələrlə görüşüb.

Ruhi Çenet daha sonra cəbhə bölgəsinə gedərək əsgərlərlə söhbət edib.

Qeyd edək ki, bütün bunları “Youtube” kanalı vasitəsilə yayan Çenetin 5 milyona yaxın izləyicisi var. Artıq videonu yarım milyondan çox adam izləyib.

Səidə

AzNews.az