Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı 69-a çatdı

28 Oktyabr 2020 11:30 (UTC+04:00)

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 69 mülki şəxs həlak olub, 322 nəfər yaralanıb.

Bundan başqa, 415 mülki obyekt, 92 hündürmərtəbəli yaşayış binası və 2338 yaşayış evi yararsız hala düşüb.