“Barselona” prezidenti istefa verdi

28 Oktyabr 2020 12:30 (UTC+04:00)

İspaniyanın "Barselona" futbol klubunun prezidenti Xosep Maria Bartomeu istefa verib.

AzNews.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti “Twitter” hesabında məlumat yayıb.

İdarə heyətinin digər üzvlərinin də klubdan ayrıldığı bildirilir.

Qeyd edək ki, Bartomeu "Barselona"ya 2014-cü ildən bəri rəhbərlik edirdi.

Səidə

AzNews.az