Bərdə yenidən raket atəşinə tutulub

28 Oktyabr 2020 14:15 (UTC+04:00)

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Bərdə şəhərini "Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutub. Ölən və xəsarət alanlar var, mülki infrastruktura ziyan dəyib.

Bu barədə AzNews.az-a Müdafiə Nazirliyindən məlumat verilib.