Bərdəyə hücum bəşəriyyətə qarşı cinayətdir

28 Oktyabr 2020 14:45 (UTC+04:00)

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq yenidən Bərdə şəhərini SMERÇ raketi ilə atəşə tutub.

AzNews.az-ın məlumatına görə, bu Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində yazılıb.

Qeyd olunub ki, hücum nəticəsində azı 14 mülki şəxs həlak olub:

"Bu, bəşəriyyətə qarşı cinayətdir!"