Ordumuz daha bir hərbçisini itirdi

6 İyun 2013 08:23 (UTC+04:00)


Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb. Müdafiə Nazirliyin "N" saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, 1988-ci il təvəllüdlü Tural Məhərrəm oğlu Bəşirov "VAZ-2106" markalı maşın tərəfindən vurulub. Hərbçi aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, yol qəzasında ölən hərbçi məzuniyyətdə olub.

AzNews.az