BNA sürücülərə müraciət etdi

28 Oktyabr 2020 19:11 (UTC+04:00)

Yüksək gəlginlik elektirik xəttində təmir işlərinin aparılması ilə əlaqədar olaraq hazırda Nobel prospekti "ASAN Xidmət"in yaxınlığında yerləşən işıqfor işləmir.

Bu barədə AzNews.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Bu səbəbdən sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.