“Qalatasaray”ın diqqət mərkəzində olan futbolçunun “Barsa” xəyalı

6 İyun 2013 08:29 (UTC+04:00)
"Qalatasaray"ın transfer siyahısında olan fransız futbolçu Jeremi Matye "Barselona"da oynamaq istədiyini bildirib.

29 yaşlı futbolçu açıqlamasında qeyd edib ki, o, "Barselona"nın heyətində olmağı arzulayır. "Valensiya"dan da müqaviləsini uzatmaq təklifi aldığını bildirən müdafiəçi yaxın günlərdə məsələyə aydınlıq gətirəcəyini də əlavə edib.

Onu da qeyd edək ki, katalon klubu Erik Abidalın gedişindən sonra Matye ilə maraqlanır.

Elvin CanTuran
AzNews.az