“Mübarizəmizi qələbə ilə yekunlaşdıracağıq” - Artilleriya komandiri

28 Oktyabr 2020 23:38 (UTC+04:00)

Müdafiə Nazirliyi Artilleriya komandiri kapitan Rafael Hüseynovun video-müraciətini yayıb.

AzNews.az xəbər verir ki, video-müraciətdə kapitan deyib:

“Biz artilleriya qoşunları olaraq piyada qoşunlarını artilleriya atəşi ilə dəstəkləyirik. Rəhbərlik etdiyim batareya düşmənə dağıdıcı zərbələr endirib. Biz müqəddəs mübarizəmizi qələbə ilə yekunlaşdıracağıq”.