Hikmət Hacıyev və xarici diplomatlar Bərdə və Tərtərə gedir

29 Oktyabr 2020 10:15 (UTC+04:00)

Azərbaycandakı xarici diplomatlar Bərdə və Tərtərə gedir.

AzNews.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.

H.Hacıyev bildirib: “Ermənistanın günahsız mülki şəxslərə qarşı qəsdən hazırladığı hərbi cinayətləri beynəlxalq media və diplomatik korpuslara göstərmək üçün Bərdə və Tərtərə gedirik. Ermənistanın siyasi-hərbi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər".

Prezidentin köməkçisi diplomatik korpusa bunun üçün təşəkkür edib.