"Baykot çağırışı nəinki doğrudur, bu tip hərəkət edənlər məsuliyyətə cəlb edilməlidir”

29 Oktyabr 2020 14:45 (UTC+04:00)

“Düşünürəm ki, indi Azərbaycan tarixi günlərini yaşayır. Bunun üçün sadəcə Prezidentin 27 sentyabr tarixdən sonrakı çıxışlarına baxmaq kifayətdir. Azərbaycanla bağlı bütün lokal, regional və qlobal incəliklər, bütün detallar açılıb, kimin-kim olması ortadadır, bütün cəbhələrdə amansız vuruşma gedir”.

AzNews.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz ölkəmizdə “McDonald’s”ın baykot olunması haqda danışan zaman deyib.

O qeyd edib ki, indi Azərbaycan üçün, Azərbaycanla bağlı hər bir xırda detal üçün də mövqe ortaya qoymaq zamanıdır: “Azərbaycanla əlaqəli istənilən məsələ konkret qoyulmalıdır, indi seçim zamanır : Haqqın, ədalətin , hüququn tərəfindəsən yoxsa haqsızın və işğalçının tərəfində . İndiki zamanda "Qarabağ Azərbaycandır” sadəcə iki sözdən ibarət ifadə deyil, hətta çox şey də deyil, sadəcə HƏR ŞEYDİR.

Qarabağ məsələsi indiki zamanda hər şeydən , kiminsə investisiyalarından, kiminsə müvəqqəti itirəcəyi iş yerlərindən , hansısa bir “McDonald's Azərbaycan”dan müqayisə olunmaz dərəcədə , çox-çox üstündür. Bu məsələ ümumiyyətlə müzakirə predmeti olmalı deyil”.

Osman Gündüz əlavə edib ki, eyni zamanda adı çəkilən qurum nəzərə almalıydı ki, beynəlxalq hüquq Azərbaycan tərəfdədir, adı çəkilən paylaşımlarda təsbit olunan prinsiplərə zidd hər hansı ifadələr də olmayıb:

“Bu baxımdam “McDonald's Azərbaycan”nın ABŞ-n Erməni Cəmiyyətinin qlobal McDonald's-sa təpkisi ilə "Qarabağ Azərbaycandır” paylaşımını öz rəsmi səhifələrindən silməsi nəinki biabırçılıqdır, hətta düşünürəm ki, hüquq mühafizə orqanları dərhal buna münasibət bildirməlidir. Fikrimcə sahibkarlıqla bağlı qurumlar deyil, DTX bu tip məsələlərə diqqət etməlidir. Başda Ali Baş Komandan olmaqla indi bütün ölkə "Qarabağ Azərbaycandır" uğrunda ölüm-dirim savaşı apardığı bir zamanda hansısa bir şirkətin bilərəkdən edilmiş bu tip hərəkəti etinasızlıq və sayğısızlıq yox, ciddi məsuliyyət yaradan hərəkətdir.

Beləliklə düşünürəm ki, indiki anda bu tip məsələlər müzakirə predmeti olmamalıdır, baykot çağırışı nəinki doğrudur , hətta milli maraqlarımıza qarşı bu tip hərəkət edənlər məsuliyyətə cəlb edilməlidir”.

Qeyd edək ki, şirkət bir neçə gün öncə Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana dəstək sərgiləyərək rəsmi səhifəsində paylaşım etmişdi. Daha sonra şirkət paylaşımın silinməsini əsas amaldan geri dönməməklə, yəni insanları qida ilə təmin etmək fikrinə sadiq qalmaqla əlaqələndirib. Paylaşımın silinməsinin əsas səbəbi ermənilərin şirkəti şikayət etməsi ilə əlaqələndirlir.

Səidə

AzNews.az