Düşmən atəşi nəticəsində Goranboyda dinc sakin həlak olub

29 Oktyabr 2020 17:35 (UTC+04:00)

Ermənistan Silahlı Qüvvələri Goranboy rayonunu raket atəşinə tutub.

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də məlumat verib.

O bildirib ki, Goranboy rayonunun Tap kəndində daha bir mülki şəxs Ermənistan silahlı qüvvələri tərəfindən öldürülüb: "Raket onun evinin damına düşüb. Ermənistanın müharibə cinayətləri davam edir”.