İşğaldan azad olunmuş ərazilərdə giriş-çıxış belə olacaq

29 Oktyabr 2020 18:19 (UTC+04:00)

Azərbaycan Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi işğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejimini tətbiq edəcəklər.

AzNews.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Fərmanında yer alıb.