İntihar edən 19 yaşlı gəncin son məktubu

6 İyun 2013 08:38 (UTC+04:00)
Abşeron rayonunda gənc oğlan ailəsinin ürəyinə dağ çəkib.

Rayon Prokurorluqdan alınan məlumata görə, Novxanı kəndində yerləşən birmərtəbəli fərdi yaşayış evində 19 yaşlı Ədalət Şirinov özünü öldürüb. O, ailə üzvlərinin evdə olmamasından istifadə edərək özünü asıb.

Bir müddət əvvəl hərbi xidmətə çağırılan Ə.Şirinov əlində tərləmə olduğundan müalicəyə göndərilib. Dünən isə bilinməyən səbəbdən özünü asıb. O, ölümündən əvvəl balaca qardaşına məktub da yazıb: "Əziz qardaşım, oxu, təhsil al. Mən getdim".

Onu da əlavə edək ki, Ədalətin anası atası ilə boşanıb. O, anası və qardaşı ilə birlikdə yaşayırmış.

Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.//qafqazinfo//


AzNews.az