MDB-nin gömrük orqanlarının qarşılıqlı fəaliyyəti barədə saziş təsdiqləndi

29 Oktyabr 2020 20:17 (UTC+04:00)

Prezident İlham Əliyev “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə Qanunu imzalayıb.

AzNews.az-ın məlumatına görə, Qanunla Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının Aşqabad şəhərində keçirilmiş 2019-cu il 31 may tarixli iclasında imzalanmış “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Saziş Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edilir.