“Azərbaycan Ordusu yalnız legitim hərbi hədəfləri məhv edir”

29 Oktyabr 2020 21:36 (UTC+04:00)

“Bu gün düşmənin 2 ədəd “T-72” tankı, 2 ədəd “BM-21” qrad yayılım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif artilleriya qurğusu, 6 ədəd avtomobil texnikası və bir neçə dayaq məntəqəsi bölmələrimizin dəqiq atəş zərbələri ilə məhv edilib”.

AzNewsw.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Eyvazov bugünkü brifinqdə bildirib. O qeyd edib ki, döyüş meydanında məhv olan bölmələrinə dəstək üçün gələn düşmənə məxsus 2 ədəd “SU-25” tipli təyarəsi hərbi hava hücumundan müdafiə bölmələrimiz tərəfindən havada məhv edilib:

“Düşmənin bir neçə istiqamətdə hücum cəhdi qətiyyətlə alınıb. Ermənistan ordusunda təşviş və xaos hökm sürür. Azərbaycan Ordusu yalnız legitim hərbi hədəfləri məhv edir. Qələbə bizimlədir!”.