Türkiyədə koronavirusa yoluxanların sayı artır

29 Oktyabr 2020 23:58 (UTC+04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 72 nəfər vəfat edib.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Nazir bildirib ki, son 24 saatda 134 416 şübhəli koronavirus testindən keçib, onlardan 2319-nun cavabı pozitiv çıxıb, 1581 xəstə isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Türkiyədə ümumilikdə 370 832 nəfər COVİD-19-a yoluxub, indiyədək onlardan 10 099 nəfər həyatını itirib.