Döyüşlər Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib

30 Oktyabr 2020 09:15 (UTC+04:00)

Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.

Müdafiə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.