Məhkumlara əlil arabası və protezlər paylandı

6 İyun 2013 08:53 (UTC+04:00)
Penitensiar xidmətin tabe qurumlarında cəza çəkən əlil məhkumların protezlərə olan ehtiyaclarının ödənilməsi və müxtəlif zəruri tibbi avadanlıqlarla təchiz olunmaları məqsədilə tədbirlər davam etdirilir.

AzNews.az qurumun mətbuat xidmətinə istinadən bildirir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez Ortopedik Bərpa Mərkəzinin, "Beynəlxalq Əlilər Cəmiyyəti" İctimai Birliyinin və eləcə də Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin iştirakı ilə 2009-2012-ci illər ərzində 37 nəfər fiziki qüsurlu məhkum müxtəlif protezlər və tibbi avadanlıqlarla təmin olunub.

Növbəti belə tədbir iyunun 5-də Penitensiar xidmətin Müalicə müəssisəsində keçirilib. Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez ortopedik bərpa mərkəzinin birgə təşkilatçılığı ilə daha 9 nəfər məhkuma protezlər təqdim olunub.

Anar
AzNews.az