Daha 9 kənd işğaldan azad edildi

30 Oktyabr 2020 15:03 (UTC+04:00)

"Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vecnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

AzNews.az-ın xəbərinə görə, bunu özünün rəsmi tvitter hesabında Prezident İlham Əliyev yazıb.