Ceyhun Bayramovla Mnatsakanyan Cenevrədə görüşdü

30 Oktyabr 2020 18:03 (UTC+04:00)

Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Ceyhun Bayramovla Zöhrab Mnatsakanyanın Cenevrədə görüşü başlayıb.

AzNews.az-ın xəbərinə görə, görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi keçirilir.

Görüşdə həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edir.