“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub

30 Oktyabr 2020 23:15 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" səhifəsində işğal edilmiş Kəlbəcərdə qızılın qanunsuz axtarışı ilə məşğul olan Vardan Sermakeslə bağlı paylaşım edib.

AzNews.az-ın xəbərinə görə, paylaşımda deyilir:

"FranckMuller” saatlarının banisi Vardan Sermakes Kəlbəcərin işğal edilmiş Veynəli kəndində qızılın qanunsuz kəşfiyyatı ilə məşğul olub. Bu, qızıl mədənləri işğaldan azad edilən Veynəli kəndidir. Bizdə Sermakesə qarşı cinayət işinin qaldırılması üçün yerlərdə daha çox fakt olacaq".

Vartan Sermakes, founder of #FranckMuller watches engaged in illegal gold exploration in occupied #Kalbajar&#Vejnali village of Azerbaijan.Vejnali village, this its gold mines libarated from occupation. We will have more facts on the ground to pursue legal case against Sermakes.

— Hikmet Hajiyev (@HikmetHajiyev) October 30, 2020