Ceyhun Bayramov Mövlud Çavuşoğluna zəng edib

31 Oktyabr 2020 13:45 (UTC+04:00)

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Türkiyə XİN rəhbəri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

AzNews.az xəbər verir ki, C. Bayramov bu barədə tvitterdə məlumat yayıb: “Qardaşım Mevlüt Çavuşoğlu ilə telefon danışığında İzmir zəlzələsi nəticəsində həyatını itirənlərin ailə və yaxınlarına dərin hüznlə başsağlığı bildirdim, yaralılara Allahdan şəfa dilədim. Həmrəyliyimiz, dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!”