İzmirdə ölənlərin sayı 35 nəfərə çatıb

31 Oktyabr 2020 19:45 (UTC+04:00)

Türkiyənin İzmir şəhərində baş verən zəlzələdə ölənlərin sayı 35-ə yüksəlib, 885 nəfər xəsarət alıb.

Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Xatırladaq ki, ötən gün İzmirdə güclü zəlzələ baş verib. 6,6 bal gücündə olan yeraltı təkanlar şəhər və ətraf bölgələrdə hiss edilib.

Təkanların Egey dənizində suyun səviyyəsinin qalxmasına və ətraf ərazinin su basmasına səbəb olduğu bildirilib.

AzNews.az