Putini söyən qızlar həbs olundu - Gürcüstanda

6 İyun 2013 09:18 (UTC+04:00)


Dünən Gürcüstanın paytaxtı Tiflisdə keçən aksiya zamanı iki gənc fəal qız saxlanılıb.

"Rusiya işğalına son" adı altında keçirilən aksiyada 2 etirazçı qızın Rusiyanın prezidenti Vladimir Putinə dediyi sərt sözlər onların həbsi ilə nəticələnib.

Aksiyada "Sənin kimi alçağın ölməyi yaşamağından daha yaxşıdır" və s bu kimi təhqiramiz şüarlar səsləndirilib.
Məlumat üçün deyək ki, aksiyada həmçinin Gürcüstanın keçmiş baş naziri Vero Merabişvilinin də azad edilməsi tələb edilib.

Aynur Hüseynova
AzNews.az