Türkiyədə koronavirusla bağlı son vəziyyət

31 Oktyabr 2020 20:48 (UTC+04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan 75 nəfər dünyasını dəyişib, 2213 nəfər isə virusa yoluxub.

AzNews.az xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 10 252-ə, yoluxanların sayı isə 375 367-ə çatıb. Ağır xəstələrin sayı 2075 nəfər təşkil edir.

Ümumilikdə 14 milyondan çox insan test olunub.