“Qalatasaray” 3-cü pilləyə yüksəldi

31 Oktyabr 2020 22:18 (UTC+04:00)

Türkiyə Super Liqasının 7-ci həftəsində “Qalatasaray” “Ankaragücü”nü qəbul edib.

AzNews.az xəbər verir ki, matçda yeganə qolu 45+2-ci dəqiqədə İstanbul təmsilçisinin heyətində Ryan Babel vurub - 1:0.

Bu nəticə ilə "Qalatasaray" turnir cədvəlində 3-cü pilləyə yüksəlib.