Braziliyalı uşaq öz pulunu Azərbaycan əsgərinə yolladı

1 Noyabr 2020 09:43 (UTC+04:00)

Azərbaycanın Braziliyadakı səfirliyinə Braziliya vətəndaşı, San Paulo ştatında yaşayan 10 yaşlı Marlon adlı bir uşaqdan “Əsgərə məktub” layihəsi çərçivəsində, şanlı Azərbaycan ordusunun əsgərlərinə ünvanlanmış məktub daxil olub.

Səfirlikdən AzNews.az-a verilən məlumata görə, Marlon şirniyyat almaq üçün ona verilən pullara qənaət edib və məktuba 30 real ( 6 ABŞ dolları) qoyub. O istəyib ki, əsgərlərimiz bu pulla özünə şirniyyat alsın.

Gəncin anası məktubu yekunlaşdıraraq, bu kiçik vəsaitin sevgi ilə göndərildiyini və Marlonun hər gecə Azərbaycan xalqı və əsgərləri üçün dua etdiyini bildirib.