Rusiyada qız qaçıran azərbaycanlı həbs edildi
6 İyun 2013 09:59 (UTC+04:00)
Rusiyanın Nijniy Taqil şəhərində evlənmək məqsədilə 17 yaşlı qızı qaçıran azərbaycanlı saxlanılıb.
Hüquq- mühafizə orqanlarının məlumatına görə, qızı qaçıranlardan birinin 19 yaşı olub.
Hadisənin təfərrüatlarını açıqlayan polisin məlumatına görə, saxlanan 3 azərbaycanlıdan biri qızla evlənmək istədiyini bildirib.
Qızın itməsi barədə məlumatı isə polisə anası verib. Yarım saat sonra qızı qaçıran maşını polis saxlayıb və qız ailəsinə təqdim edilib.
Rusiya qanunlarına görə, gənci 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Ona qız qaçırmaqda kömək edən dostları isə şahid kimi dindiriləcəklər və hələlik azadlığa buraxılıblar.
Elnarə
AzNews.az