“Rusiya Dağlıq Qarabağda münaqişənin sona çatması üçün özündən asılı olan hər şeyi edir və edəcək”.
AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin dini birliklərin nümayəndələri ilə görüşündə deyib.
“Bilirsiniz ki, Rusiya Cənubi Qafqazdakı münaqişənin tez bir zamanda bitməsi, insanların həyatının qorunub saxlanılması üçün özündən asılı olan hər şeyi edir. Qarabağdakı münaqişədə tərəflərin qarşılarına qoyduğu məqsədlərə sülh yolu ilə də nail olmaq olar. Bütün hallarda biz həm Ermənistanla, həm də Azərbaycanla təmasdayıq. Ümid edirəm ki, biz regionda yaşayan bütün insanları qane edəcək nəticəyə nail olacağıq”, - deyə Rusiya Prezidenti vurğulayıb.