Göygöldə ağır qəza: ölənlər var

6 İyun 2013 10:41 (UTC+04:00)



Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, saat 13.12 radələrində Göygöl rayonunun Üçtəpə qəsəbəsi ərazisində Daşkəsən rayon sakini Vasif Bayramov idarə etdiyi "VAZ 21074" markalı avtomaşını yolun kənarındakı dərəyə aşırıb.

Nəticədə V.Bayramov hadisə yerində ölüb, xəsarət almış sərnişini, Bəhrəmbəy kənd sakini Teyyub Cəlilov isə xəstəxanaya yerləşdirilib. T.Cəlilov iyunun 6-da xəstəxanada ölüb.

Faktla əlaqədar Göygöl RPŞ tərəfindən araşdırma aparılır.

AzNews.az