Füzuli rayonu ərazisində dəhşətli yanğın

6 İyun 2013 10:50 (UTC+04:00)
Əhaliyə külli miqdarda ziyan dəyib

Ötən gün Füzuli rayonu ərazisində dəhşətli yanğın baş verib. AzNews.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Əbdurrəhmanlı kəndi ərazisindəki taxıl sahələrində bəlli olmayan səbəblərə görə yanğın baş verib.

Saat 16.00 radələrində baş verən yanğın axşam saatlarına kimi davam edib və böyük bir ərazini əhatə edib. Hadisə yerinə rayonun yanğınsöndürənləri və həmçinin Aqroservisin traktorları cəlb olunub. Yanğın gecə saatlarında söndürülüb.

Sakinlərin məlumatına görə, baş vermiş hadisə nəticəsində 50 hektardan çox taxıl sahəsi yanıb. Torpaq sahələrinin sahiblərinə külli miqdarda zərər dəydiyi bildirilir.

AzNews.az