AYB rəsmisi: “O ki qaldı, Qismətə, mən onu tanımıram”

6 İyun 2013 10:47 (UTC+04:00)
Məlum olduğu kimi, yazıçı Qismət də Yazıçılar Birliyindən istefa verib. O istefasının səbəbləriylə bağlı aşağıdakı məzmunda açıqlama yayıb:

"Dünyanın belə vaxtında istedadlı adamlara özəl mülkiyyət kimi baxan, güzəran qayğıları ucbatından köşə yazarlığına sürgün olmuş qələm adamlarını dəstək adı altında nəzarətdə saxlamaq istəyən, demokratik prinsiplərlə qan düşmənçiliyi edən Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündə qalmaq istəmirəm".

Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu isə AzNews.az-a açıqlamasında bildirdi, istefa verənlərlərin ikisindən başqa heç kəs bizə nə üzvlük vəsiqəsi, nə də ərizə ilə müraciət edib:

"Onlar hələ ki, bəyanat verirlər. Ortada nə üzvlük vəsiqəsi, nə də ərizə var. Bunlar olmadan necə istefa vermək olar? O ki qaldı Qismətə, mən onu tanımıram, onu Rəşad Məcid tanıyır".

Bahar Rüstəmli
AzNews.az