Türkiyədə keçirilən etiraz aksiyaları şən videolar və maraqlı şüarlarla da yadda qalır. Bu dəfəki hadisənin qəhrəmanı balaca uşaqdır.
O, əlindəki oyuncaq ekskavatorla polisin üzərinə gedir və polisin xoş reaksiyası ilə qarşılaşır. Polis onu öpür, onunla oynamağa çalışır.
Sosial şəbəkələrdə populyarlıq qazanan bu uşaq "Kiçik Çarşılı" adlandırılır. Buna səbəb isə hadisənin "Çarşı" qrupunun ekskavatorla polisin üzərinə getməsi səhnəsini xatırlatması olub.