"Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu silahlı hücuma məruz qaldı. Diplomatik nümayəndəliklər hücum hədəfi olmamalıdır".
AzNews.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdəki hesabında yazıb. O bildirib ki, şübhə erməni terror təşkilatlarının üzərinə düşür, çünki Ermənistan asimmetrik müharibəyə keçir.
"Biz Ukrayna hakimiyyətinin operativ reaksiyasını qiymətləndiririk”, - H. Hacıyev deyə bildirib.