Terror törətmək istəyən dəstə zərərsizləşdirilib- Moskvada

6 İyun 2013 12:35 (UTC+04:00)


Y. Davlatbayevin dəstəsi Moskvanın mərkəzində partlayış törətməyi planlaşdırıb.

Y. Davlatbayev şübhə doğurmamaq üçün Moskvada ciddi-cəhdlə iş axtarıb. Onun dəstə üzvlərinin vaxtilə Əfqanıstanda koalisiya qüvvələrinə qarşı döyüşdüyü, terrorun sifarişçisinin isə Əfqanıstan-Pakistan sərhədində fəaliyyət göstərən "Türküstan İslam Partiyası" olduğu bildirilir.

Terrorçular may ayında Moskva vilayətinin Orexovo-Zuyevo rayonunda zərərsizləşdirilib. Mayın 20-də keçirilən xüsusi əməliyyat zamanı 2 nəfər öldürülüb, 1-i yaxalanıb.

AzNews.az