Vətən müharibəsinin iştirakçısı Anar İsrafilovun şəhid olmasından iki həftə sonra övladı dünyaya gəlib.
AzNews.az xəbər verir ki, yeni dünyaya gələn körpəyə atasının adı verilib.
Mingəçevirli şəhidin xanımı Əfsanə İsrafilova AzTV-nin reportajında həm sevindiyini, həm də kədərləndiyini bildirib.
"Əsas odur ki, Anarın qanı yerdə qalmadı”, - deyə şəhid xanımı qeyd edib.
Həmin reportajı təqdim edirik: