Fransada daha 932 nəfər koronavirusdan öldü

14 Noyabr 2020 09:46 (UTC+04:00)

Fransada son sutkada koronavirusa yoluxanların sayı 23 794 nəfər artıb.

AzNews.az xəbər verir ki, son 24 saatda 932 nəfər COVID-19-un qurbanı olub ki, bununla da koronavirusdan ölənlərin ümumi sayı 43 892-yə yüksəlib.

Fransada ümumilikdə 1 922 504 nəfər koronavirusa yoluxub, 137 155 nəfər sağalıb.